Məşhur Hollivud aktyoru Azərbaycanda çəkilmiş şəkillər axtarır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış Hollivud aktyoru və kinorejissoru Cozef Qordon Levit yeni lahiyə üçün Azərbaycanda çəkilmiş fotolar axtarır.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə o, “Facebook” şəbəkəsində status yazıb.
Amerikalı məşhur statusunda layihənin linkini də yerləşdirib.
“Yaşadığınız yerdən fotoları dərc edin. Bu təbiət, şəhər mənzərələri, heyvanlar, bitkilər, binalar ola bilər. Bütün şəkillər qəbul edilir”, -deyə layihənin əsas səhifəsində bildirilir.
Qeyd edək ki, Cozef Qordon Levit “Başlanğıc”, “Qara cəngavər: Əfsanənin dirçəlişi”, “Zaman ilməsi”, “Linkoln, “Snouden”, “Həyat gözəldir” kimi filmlərdə canlandırdığı obrazlarla yadda qalıb. O, iki dəfə “Qızıl kürə” mükafatının nominantı olub.
Oxşar xəbərlər
Hollivud ulduzu yuxuda vəfat etdi - FOTO
Hollivud ulduzu Cessika Volter dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, aktrisa hazırda yaşadığı evində vəfat edib. Bu haqda Cessika Volterin qızı Bruk Boumen...