Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçdi

Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçdi
Siyasət 1

Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, zəlzələdə 1037 nəfər həyatını itirib.

Məlumata görə, 1204 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

Xatırladaq ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

Son xəbərlər