Mərakeşdə avtobus qəzası: Çox sayda ölü var

Mərakeşdə avtobus qəzası: Çox sayda ölü var
Siyasət 2

Mərakeşin mərkəzində avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı azı 24 nəfər ölüb.

BAKU.WS bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, yol-nəqliyyat hadisəsi Azilal əyalətində magistral yolda baş verib.

Əyalətin qərbindəki Demnat şəhərinə doğru gedən avtobus döngələrin birində aşıb.

Yerli məmurlar, mülki müdafiə işçiləri və Krallıq Jandarmının əməkdaşları olay yerinə gəlib.

Səlahiyyətlilər qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıblar.

Son xəbərlər