Məntəqə sədri: Əsgəranda seçicilər tam şəffaf şəraitdə səs veriblər
Yeniliklərdən dərhal xəbərdar olun
Əsgəranda səsvermə prosesndə iştirak edən seçicilər tam şəffaf şəraitdə səs veriblər.
BAKU.WS xəbər verir ki, bunu "Report"un bölgəyə ezam olunmuş əməkdaşına açıqlamasında 118 saylı Ağdam-Xocalı seçki dairəsinin Əsgəranda yerləşən 71 saylı seçki məntəqəsinin sədri Əliniyaz Nəcəfov deyib.
Onun sözlərinə görə, məntəqədə qeydiyyatda olan 347 seçicinin 75 faizindən çoxu artıq səsvermədə iştirak edib.
"Seçicilər səsvermə prosesində tam şəffaf şəraitdə səs verirlər. Bu saata qədər məntəqədə hər hansı nöqsan qeydə alınmayıb", - məntəqə sədri bildirib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin Məhə...