Meksika səfirliyinə hücum zamanı diplomatlar yaralanıb - VİDEO

Meksika səfirliyinə hücum zamanı diplomatlar yaralanıb - VİDEO
Video
Siyasət 9

Ekvador polisinin diplomatik korpusa hücumu zamanı Meksikanın bu ölkədəki səfirliyinin bir neçə diplomatı yaralanıb.

Bu barədə Meksikanın xarici işlər naziri Alisiya Barsena məlumat verib.

"Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasını və Ekvadorda meksikalı diplomatik personalın aldığı xəsarətləri nəzərə alaraq, Meksika Ekvadorla diplomatik münasibətləri dərhal kəsdiyini elan edir.

Meksikanın Ekvadordakı diplomatik personalı dərhal ölkəni tərk edəcək. Meksika Beynəlxalq Ədalət Məhkəməsindən Ekvadoru beynəlxalq hüququn pozulmasına görə qınamağı xahiş edəcək”,-deyə meksikalı nazir bildirib.

Aprelin 5-də Meksika hakimiyyəti kitodakı Meksika səfirliyinə sığınan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlassa siyasi sığınacaq verdiyini elan edib. Siyasətçi korrupsiya işində ittiham olunur. Qlass artıq 2017-ci ildən 2022-ci ilə qədər həbsxanada cəza çəkib.

Son xəbərlər