Mehriban Vəliyeva: "İşğaldan azad edilmiş ərazilərdə 6 məktəb fəaliyyətə başlayıb"

Mehriban Vəliyeva: İşğaldan azad edilmiş ərazilərdə 6 məktəb fəaliyyətə başlayıb
Siyasət 6

"İşğaldan azad edilmiş torpaqlarımızda artıq 6 məktəb fəaliyyətə başlayıb".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva “20 Noyabr- Ümumdünya Uşaq Hüquqları Günü”nə həsr edilmiş “Uşaq hüquqları tribunası” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, uşaqların mənəvi sosial inkişafı təhsildən asılıdır: "Təhsil uşaqları pis vərdişlərdən, yoxsulluqdan və bu kimi digər problemlərdən xilas edir".

M.Vəliyeva bildirib ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda 6 məktəb fəaliyyətə başlayıb: "Bu özü də artıq uşaqlarımızın hüquqlarının işğaldan azad edilmiş torpaqlarımızda qorunması deməkdir, bu, çox sevindirici və qürurverici haldır".

Son xəbərlər