Mehriban Əliyevanın tapşırığı ilə Türkiyədə zəlzələdə həlak olan azərbaycanlıların ailələrinə yardım göstərilir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, çoxsaylı insan ölümünə səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olanlar arasında azərbaycanlılar da var idi.
Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədi ilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir.
Oxşar xəbərlər
İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbayca...