Mehriban Əliyeva Polad Bülbüloğlunu təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
BAKU.WS-in məlumatına görə, öz Mehriban Əliyevanın İnstagram hesabında yayımlanan təbrik mesajında qeyd edilir ki, Polad Bülbüloğlu yaradıcılığı insanların qəlbini mehribanlıq, nəciblik, yenilməz ruh yüksəkliyi kimi hisslərlə əhatə edir. Qeyri-adi istedadı və tükənməz enerjisi ona zaman çərçivəsi ilə məhdudlaşmayan gözəl əsərlər yaratmağa imkan verib. Onun mahnıları müxtəlif nəslin nümayəndələri tərəfindən çox sevilir.
Oxşar xəbərlər
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva gəncləri təbrik edib
"Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəka...