Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib - FOTO

Mehriban Əliyeva Kəlbəcərin azad olunması münasibətilə xalqı təbrik edib - FOTO
Siyasət 250

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "Instagram" səhifəsində Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib.

BAKU.WS xəbər verir ki, “Instagram”da yayımlanmış təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin!

Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

Son xəbərlər