Məhkəmə Trampın Harvardın xarici tələbələri qəbul etməsini qadağan etmək cəhdini dayandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin sabiq prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici tələbələri qəbul etməsinə qadağa qoymağa çalışıb. Bu məqsədlə universitetin tələbə vizalarını idarə edən SEVIS hökumət sisteminə çıxışını məhdudlaşdırmaq planlaşdırılıb.
BAKU.WS ferra.ru-ya istinadən xəbər verir ki, Əgər bu qərar qüvvəyə minsəydi, təxminən 6 800 tələbənin deportasiya olunması təhlükəsi yaranacaqdı. Lakin Harvard hökumətə qarşı məhkəməyə müraciət etdikdən sonra federal məhkəmə bu qərarı müvəqqəti olaraq dayandırıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Harvardı "Çin hakimiyyəti ilə əməkdaşlıqda" və "zorakılıqla yanaşı antisemitizmi dəstəkləməkdə" ittiham edib. Nazirlik daha əvvəl universitetdən beynəlxalq tələbələrə dair - o cümlədən onların hüquq pozuntuları, etiraz aksiyalarında iştirakı və intizam tədbirləri ilə bağlı - məlumatların təqdim olunmasını tələb edib. Harvard isə bu məlumatları təqdim etməkdən və Tramp administrasiyasının digər tələblərinə tabe olmaqdan imtina edib.
Universitet hesab edir ki, hakimiyyətin bu addımı onların siyasi göstərişlərə əməl etməkdən imtinasına görə verilmiş qisas və söz azadlığına müdaxilədir.
Hazırda məhkəmə tələbələri müvəqqəti olaraq qoruma altına alıb, lakin vəziyyət gərgin olaraq qalır.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...