Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mədəniyyət haqqında" qanuna edilən dəyişikliklərə əsasən, bu sahədə qrantların ayrılması mexanizmi yenidən tənzimlənəcək.
Yeniliyə görə, artıq yalnız QHT-lər deyil, digər hüquqi və fiziki şəxslər də mədəniyyət layihələri üçün qrant əldə edə biləcək.
Qanunda qeyd olunur ki, qrant maliyyələşdirilməsi mədəni xidmətlərin inkişafı, yaradıcı sənayenin genişləndirilməsi, innovativ layihələrin və tədqiqatların təşviqi, həmçinin mədəniyyət müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması və maarifləndirmə məqsədlərinə yönələcək.
Qrantların verilməsi "Qrant haqqında" qanuna uyğun həyata keçiriləcək. Bu sahədə müsabiqələrin təşkili qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...