MEDİA-nın icraçı direktoru: "Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir"

MEDİA-nın icraçı direktoru: Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir
Siyasət 36

"Mediamız bu gün Zəfərlə bağlı faktları işıqlandırır, fədakarlıq göstərən şəxsləri ictimaiyyətə tanıdır. Amma bu proses çox təkmil olmalıdır".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.

O vurğulayıb ki, jurnalistlər Vətən müharibəsində böyük fədakarlıq göstəriblər: "Hətta onların arasında şəhid olanlar da oldu. Mediamız peşəkar davranmalıdır. Eyni zamanda, media nümayəndələrimiz zəruri məlumatlarla təmin edilməlidir. Jurnalistlərimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmamalıdır. Çünki informasiya sərhəd tanımır. Bunun üçün isə xarici dilli jurnalistikanın inkişafına ehtiyac var".

Son xəbərlər