Məcburi köçkünlərə öz evlərini tikməyə icazə verilib-verilməyəcəyi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərə qayıdaraq özləri ev tikmək istəyən məcburi köçkünlərlə bağlı məsələyə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, Prezidentin xüsusi nümayəndəsi APA-ya müsahibəsində bildirib ki, həmin şəxslərə evlərini bərpa etməsi, yaxud Baş plana, müfəssəl plana uyğun özlərinə ev tikməsi üçün şərait yaradılması nəzərdə tutulur.
“Belə plan var. Bu istiqamətdə müzakirə gedir”, - deyə Emin Hüseynov qeyd edib.
Oxşar xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS qoruğun...