Mədət Quliyev Terrorçularla əlaqəli bank hesablarından danışıb
28
mar
2019
20:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Qürurvericidir ki, dünyanın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycanın da əməyi var”.Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev rəsmi mətbuatda dərc edilən "Müstəqil Azərbaycana xidmət və dövlətin təhlükəsizliyini qorumaq əsas vəzifədir" başlıqlı məqaləsində yazıb.M.Quliyev qeyd edib ki, Azərbaycanın beynəlxalq antiterror koalisiyasında fəal iştirakı ilə verdiyi töhfələr də xüsusi qeyd edilməlidir: “Terrorçuluğa qarşı mübarizə istiqamətində beynəlxalq axtarışda olan terrorçuların saxlanılaraq xarici dövlətlərə ekstradisiya olunması, eləcə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində ölkəmizin hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək, terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsinin təsbit edilib qarşısının alınması, terrorçularla əlaqəli müxtəlif bank hesablarının dondurulması və s. istiqamətlərdə önəmli nəticələr əldə edilib. Qeyd etmək yerinə düşər ki, 2018-ci ilin dekabr ayında Avropa Şurasının MONEYVAL Komitəsi pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemini müsbət dəyərləndirərək, ölkədə bu sahədə aparılmış islahatlara yüksək qiymət verib, institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətləri xüsusi olaraq vurğulayıb”.BAKU.WS
Oxşar xəbərlər
Mədət Quliyev: “Rəqib xarici xüsusi xidmət orqanları fəallaşır”
"Azərbaycanın qazandığı uğurlarını və bu nailiyyətləri gözü götürməyən düşmən və rəqib xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin ö...