Mayın 5-6-da meteor yağışı olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 5-6-da “Eta-Akvarid” adlı meteor yağışı olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından BAKU.WS-ə verilən məlumata görə, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.
“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.
Oxşar xəbərlər
NASA-dan dünyaya xəbərdarlıq! - Sabah Yerə çatacaq - FOTO
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bir həftə ərzində Günəşin səthində ikinci qara ləkə aşkar edib. BAKU.WS xarici mətbuata istinadən xəb...