"MasterChef Avstraliya"nın məşhur aşpazı və münsifi vəfat etdi - FOTO
"MasterChef Avstraliya"nın məşhur aşpazı və münsiflər heyətinin üzvü Cok Zonfrillo 46 yaşında vəfat edib.
BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.
"MasterChef ailəsinin sevimli üzvü Cok Zonfrillonun qəfil ölümü bizi dərindən sarsıtdı və kədərləndirdi. Cok avstraliyalılar tərəfindən yazar, aşpaz, xeyriyyəçi və "MasterChef" jurisi kimi tanınsa da, o, sevgi dolu ata, həyat yoldaşı, qardaş və oğul kimi yadda qalacaq", - deyə "MasterChef Avstraliya" proqramından verilən açıqlamada deyilir.
Qeyd edək ki, italyan ata və şotland anadan dünyaya gələn Zonfrillo 20 yaşında Avstraliyaya köçüb və 2019-cu ildə "MasterChef"də münsiflər heyəti üzvü olana qədər 20 ildən çox Sidney və Adelaidada məşhur restoranlar işlədib.
Qalereya
Oxşar xəbərlər
Britaniyadakı italyan restoranları pomidordan imtina ediblər
Böyük Britaniyada fəaliyyət göstərən italyan restoranları qiymət artımı səbəbindən pomidordan imtina ediblər. BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" m...