Maşinist olmadan qatar 70 kilometr yol getdi
26
fev
2024
19:57
Hindistanda maşinist olmadan qatar 70 kilometr yol gedib.
BAKU.WS "euronews"a istinadən xəbər verir ki, Hindistan Dəmiryolları əməkdaşları 5 stansiya boyunca hərəkət edən qatarı dayandıra bilməyiblər.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Sürücüsüz qatarın bəzi stansiyalardan hədsiz sürətlə ötməsi əhalinin ciddi narazılığına səbəb olub.
Maşinistsiz qatarda 53 vaqon olub.
Dəmiryolları idarəsi sürücüsüz qatarın insan tələfatına səbəb olmadığını açıqlayıb.
Oxşar xəbərlər
Hindistanda iki qatar toqquşub: Ölənlər var
Hindistanın cənubunda sürətli qatarın hərəkətsiz qatarla toqquşması nəticəsində azı 3 nəfər ölüb. Bu barədə NDTV kanalı məlumat yayıb. Sərnişin qatarı Andhra Pr...