Mariya Zaxarova: ABŞ-dəki təyyarə qəzasında həlak olmuş üç nəfərin Rusiya pasportu olub

Mariya Zaxarova: ABŞ-dəki təyyarə qəzasında həlak olmuş üç nəfərin Rusiya pasportu olub
Siyasət 53

ABŞ-də təyyarə qəzasında həlak olan üç nəfərin Rusiya pasportu olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Səfirliyimizin məlumatına görə, bu təyyarə qəzasının üç qurbanının Rusiya pasportu var. Dördüncü şəxsə gəlincə, onun da Rusiya pasportunun ola biləcəyi ehtimal edilir, bu məlumat hazırda yoxlanılır", - diplomat qeyd edib.

Xatırladaq ki, "American Airlines" aviaşirkətinə məxsus "Bombardier CRJ700" təyyarəsi Vaşinqtonda Reyqan milli hava limanı yaxınlığında "Sikorsky H-60 Black Hawk" hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təyyarədə 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç ekipaj üzvü olub.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, təyyarə qəzası nəticəsində heç kim sağ qalmayıb.

Son xəbərlər