Mariupolda 12 gündə 1500-dən çox dinc sakin ölüb - XİN
11
mar
2022
23:20
Mühasirəyə alınmış Mariupolda hazırda planetin ən ağır humanitar fəlakəti yaşanır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviterdə yazıb.
O, qeyd edib ki, Mariupolda 12 gündə 1 582 dinc sakin ölüb.
"Ukrayna ordusunu məğlub edə bilməyən rus hərbçiləri dinc əhalini qırır, humanitar yardımın qarşısını kəsir. Rusiyanın hərbi cinayətlərini dayandırmaq üçün təyyarələrə ehtiyacımız var", - nazir bildirib.
Oxşar xəbərlər
Kuleba: "Lavrov mənim təkliflərimi qəbul etmədi”
“Ukrayna hakimiyyətindəki hər kəs humanitar dəhlizlərin təhlükəsizliyi ilə bağlı zəmanət verə bilər. Bunu ruslar edə bilərmi?” BAKU.WS xəbər verir ki, bunu Ukra...