Mariupol müdafiəçilərini daşıyan avtobuslar "Azovstal"dan yola düşdü

Mariupolun ukraynalı müdafiəçilərinin olduğu azı yeddi avtobus bu gün "Azovstal"dan yola düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib ki, Mariupolda “Azovstal” zavodundan təxliyə edilən ukraynalı xəsarət almış hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək.
Mayın 17-də Müdafiə Nazirliyi zavodun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlandığını elan edib.
Müdafiə Nazirliyinin məlumatına görə, mayın 16-da 53 ağır yaralı "Azovstal"dan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib. Daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya aparılıb.
Oxşar xəbərlər
“Azovstal”dakı bütün uşaq, qadın və qocalar təxliyə edilib
Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisindən bütün qadınlar, uşaqlar və qocalar artıq təxliyə edilib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu ba...
