“Azovstal”dakı bütün uşaq, qadın və qocalar təxliyə edilib

07
may
2022
22:48
Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisindən bütün qadınlar, uşaqlar və qocalar artıq təxliyə edilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.
“Prezidentin tapşırığı yerinə yetirilib: “Azovstal”dan bütün qadınlar, uşaqlar və qocalar təxliyə edilib. Mariupol humanitar əməliyyatının bu hissəsi başa çatıb”, - o deyib.
Oxşar xəbərlər
“Azov” döyüşçülərinin Mariupoldan təxliyəsi üçün Türkiyədən kömək istənildi
Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin binası qarşısında aksiya keçirilib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, Ukrayna və Gürcüstan vətəndaşlar...
