Mariupol müdafiəçiləri Ukraynaya qaytarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna ilə Ruiya arasında ən çoxsaylı əsir mübadiləsi baş tutub.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, mübadilə nəticəsində 140-dan çox ukraynalı hərbçi vətənə qayıdıb. Xüsusilə də, Mariupolun müdafiəçiləri azad edilib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilb ki, azad edilən 144 nəfərdən 95-i “Azovstal”ın müdafiəçisidir. Onların arasında Azov alayının 43 hərbçisi də var.
Əsirlikdən azad edilən Ukrayna hərbçilərinin əksəriyyətinin ağır yaralı olduğu qeyd edilir. Hazırda onlara lazımi tibbi yardım göstərilir.
Oxşar xəbərlər
Mariupol müdafiəçilərini daşıyan avtobuslar "Azovstal"dan yola düşdü
Mariupolun ukraynalı müdafiəçilərinin olduğu azı yeddi avtobus bu gün "Azovstal"dan yola düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, baş nazirinin müavin...