Maqdalena Qrono: Azərbaycan və Ermənistan liderləri davamlı sülhə yol açıblar
Avropa İttifaqı (Aİ) Vaşinqton sammitindən sonra Bakı və İrəvan tərəfindən atılan müsbət və konstruktiv addımları alqışlayır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono 2025-ci il avqustun 8-də keçirilmiş tarixi Vaşinqton sammitinin birinci ildönümü münasibətilə "X" sosial şəbəkəsində yazıb.
"Aİ o vaxtdan bəri sülh prosesinin daha da institutlaşdırılması və irəli aparılması üçün atılmış bir sıra müsbət və konstruktiv addımları alqışlayır", - o qeyd edib.
Qrononun sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri davamlı və geridönməz sülhə yol açıblar.
O, həmçinin vurğulayıb ki, Aİ sülh və barışıq yolunda hər iki ölkəyə və onların cəmiyyətlərinə dəstək göstərməyə davam edir.
Today marks the first anniversary of the historic Washington Summit of 🇦🇲, 🇦🇿 and 🇺🇲 leaders on 8 August 2025. The 🇪🇺 strongly welcomes the series of positive and constructive steps taken since then to further institutionalise and advance the peace process.
— EUSR for South Caucasus and crisis in Georgia (@EUSR_SCCiG) August 8, 2026
Oxşar xəbərlər
Uitkoff: Cənubi Qafqaz daha təhlükəsiz, daha firavan və daha sabitdir
Bir il əvvəl bu gün ABŞ Prezidenti Donald Tramp 35 illik amansız münaqişəyə son qoyan tarixi sülh müqaviləsini imzalamaq üçün Azərbaycan və Ermənistanı bir aray...