Malavidə tropik qasırğa nəticəsində ölənlərin sayı 40-a çatıb
13
mar
2023
19:59
Malavidə “Freddi” tropik qasırğası nəticəsində azı 40 nəfər ölüb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Malavi hökumətinin rəsmi nümayəndəsi Çipiliro Xamula məlumat yayıb.
Onun sözlərinə görə, zərərçəkənlər barədə məlumatlar daxil olmaqda davam edir. Malavinin iqtisadi paytaxtı Blantir şəhərinə ətrafındakı bölgəyə daha çox ziyan dəyib.
Daha əvvəl Malavi polisi 11 nəfərin öldüyünü açıqlamışdı.
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı 20 min nəfəri ötüb - VİDEO - YENİLƏNİB
Türkiyədə zəlzələ nəticəsində 20 min 213 nəfər həlak olub, 80 min 052 nəfər yaralanıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb ***22:14 Türkiyədə dağıdıcı zəl...