Maksim Şevçenko təcili yardım maşını ilə xəstəxanaya aparıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın məşhur jurnalisti Maksim Şevçenko ağciyər müayinəsini özü etməli olduğunu və ona koronavirus testinin nəticəsinin verilmədiyini söyləyib.
BAKU.WS xəbər verir ki, bu barədə o, öz Telegram kanalında danışıb.
“İkitərəfli sətəlcəmlə yerli xəstəxanalardan birinə gəldim. Bir həftəlik 38-39 dərəcə qızdırmadan, COVID-19-la bağlı testin mənfi cavabından (testdən sonra ən az 72 saat ərzində heç kim mənə zəng etməyib), antibiotik kursundan, 5 həkimin ziyarətindən sonra - heç kim ciyərlərimdə heç nə eşitmədi", - deyə tanınmış jurnalist qeyd edib.
Maksim Şevçenko əlavə edib ki, temperaturu düşdükdən sonra özəl bir klinikaya gedib və müayinə olunub: "Və dərhal ağciyərlərdə zədələnmələri gördülər. Təcili yardım maşını ilə məni xəstəxanaya apardılar".
Oxşar xəbərlər
Koronavirus bitməmiş insanları daha bir virus təhdid edir
Dünya koronavirusun yayılması ilə mübarizə apararkən yeni bir virus ortaya çıxıb. Ötən günlərdə Çində şəhərlərarası sərnişin avtobusunda bir nəfərin virusdan öl...