Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb

Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Siyasət 48

Fransa Prezidenti Emmanuel Makron amerikalı iş adamı İlon Maskı digər ölkələrdə, xüsusilə Almaniyada seçkilərə müdaxilə etməkdə günahlandırıb.

"Report" xəbər verir ki, Makron bu barədə Yelisey sarayının "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanan çıxışı zamanı bildirib.

"On il əvvəl kimsə bizə desəydi ki, dünyanın ən böyük sosial şəbəkələrindən birinin sahibi seçkilərə, o cümlədən Almaniyadakı seçkilərə birbaşa müdaxilə edəcək? Kim bunu təsəvvür edə bilərdi?", - o qeyd edib.

Mask ilk dəfə deyil ki, sağyönümlü partiyaya səs verməyə çağırır - daha əvvəl o, Almaniyanın "Welt" qəzeti üçün məqaləsində "Almaniya üçün alternativ" (AfD) sağçı partiyasının ölkəni "özünün keçmiş kölgəsinə" çevrilməkdən xilas edə biləcək yeganə siyasi qüvvə olduğunu yazıb.

Bundan başqa, Mask Britaniyanın sağçı populist "Reform UK" partiyasına səs verməyə çağırıb və onun "yeganə ümid" olduğunu bildirib. Bundan əvvəl partiyanın lideri Naycel Faraj ABŞ-də prezident seçkilərinin qalibi Donald Trampın Mar-a-Laqo malikanəsində Maskla görüşdüyünü bildirib. Onun sözlərinə görə, onlar Britaniya partiyasının maliyyələşdirilməsi məsələsini müzakirə ediblər və iş adamı Farajın düşərgəsini dəstəkləməklə bağlı şübhə yeri qoymayıb.

Son xəbərlər