Makron Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu deyib.
"Report"un Avropa Bürosunun məlumatına görə, o, bunu Kopenhagendə azərbaycanlı jurnalistlərə müsahibəsində bildirib.
"Bu gün səhər Baş nazir Paşinyanla (Ermənistanın Baş naziri Nikol Paşinyanla), günorta isə Prezident Əliyevlə (Azərbaycan Prezidenti İlham Əliyevlə) görüşdüm. Ümid edirik ki, paraflanmadan sonra sülh sazişinin tam şəkildə imzalanması baş tutacaq və region ölkələri ilə münasibətlərin tam normallaşması üçün bütün zəruri addımlar atılacaq", - o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...