Lukaşenko məmurlara ölüm cəzasını nəzərdə tutan qanunu imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus Prezidenti Aleksandr Lukaşenko “Cinayət Məcəlləsinin dəyişdirilməsi haqqında” qanunu imzalayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, sənədin imzalanmasında əsas məqsəd ekstremist (terrorçu) və dövlət əleyhinə cinayətlərə qarşı mübarizəni gücləndirməkdir.
Qanun, məmur tərəfindən dövlətə xəyanətə görə cinayət məsuliyyətinin vəzifə sahibi olan bütün şəxslərə şamil edilməsini nəzərdə tutur.
Eyni zamanda, vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən törədilən dövlətə xəyanətə görə müstəsna cəza tədbirinin - ölüm cəzası qərarının verilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
RLİ: “Rusiya Lukaşenkonu aradan götürməyə hazırlaşır: Sui-qəsd ssenarisi hazırdır”
“Kreml Belarus ordusunun Ukraynaya qarşı müharibəyə cəlb edilməsi üçün radikal variant planlaşdırıb. Rusiya xüsusilə də Belarus Prezidenti Aleksandr Lukaşenkonu...