Lukaşenko and içib işə başladı

Lukaşenko and içib işə başladı
Siyasət 154

Bu gün Belarus prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi olub.

BAKU.WS "Belta"ya istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.

A.Lukaşenko Belarus Respublikası xalqına sədaqətlə xidmət edəcəyinə, insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağına və hörmət edəcəyinə, yüksək vəzifələri vicdanla yerinə yetirəcəyinə and içib. O bildirib ki, ölkəni respublikada daim hökm sürən təhlükəsiz həyata qaytarmaq vacibdir, gələcək naminə razılıq əldə etmək lazımdır.

O and içdikdən sonra 6-cı müddətə prezident kimi vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçkinin nəticəsi ölkədə böyük etirazlarla qarşılanıb. Seçkilərdə A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya olub. MSK Lukaşenkonun qələbəsini elan etdikdən sonra minlərlə insan küçələrə çıxaraq nəticələrə etiraz edib. Bu günə kimi davam edən aksiyalarda polislə baş verən qarşıdurmalarda minlərlə insanın saxlanıldığı deyilir.

Son xəbərlər