İlqar Vəlizadə: “Qarabağın erməni sakinlərinin təkcə hüquqları deyil, həm də vəzifələri var” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Reinteqrasiya prosesindən danışarkən qeyd etmək lazımdır ki, Qarabağın erməni sakinlərinin təkcə hüquqları deyil, həm də vəzifələri var".
Bunu Baku TV-yə müsahibəsində politoloq İlqar Vəlizadə deyib.
"Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün qalan insanlar Azərbaycan Respublikasının Konstitusiya müddəalarına əməl etməli, bütün bayramlara, o cümlədən 8 Noyabra hörmətlə yanaşmalıdırlar...”, - politoloq bildirib.
Politoloqun qənaətincə, bu, onu deməyə əsas verir ki, ikili standartlarla yanaşı, separatizm barədə susmaq cəhdi də var:
“Görünür, Şarl Mişel (Avropa İttifaqı Şurasının prezidenti - red.) özündə neqativ enerjini toplayıb, sonra onu birdən çölə atıb. Avropa rəsmilərinin qiymətləndirmələrinin heç birində Azərbaycanın silahlı quldurlara qarşı antiterror tədbirləri həyata keçirməsi barədə məlumat yoxdur".
Bununla yanaşı, Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova İlqar Vəlizadə ilə “3+3” formatı, BMT-nin Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki missiyası və ikitərəfli münasibətlərin həlli üçün köhnə formatlar barədə danışıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...