“L'Opinion”: Azərbaycan 24 saatdan az müddətdə regiondakı vəziyyəti dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan 24 saatdan az müddətdə Qarabağ regionundakı vəziyyəti dəyişdi.
“Report”un məlumatına görə, bu fikir Fransanın “L'Opinion” qəzetində dərc olunan məqalədə yer alıb.
Məqalədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun sözlərindən sitat gətirilib: “Sentyabrın 9-da Qarabağda keçirilən qondarma “yeni prezident seçkiləri” rəsmi Bakı üçün “qırmızı xətt”ə çevrildi”.
“Antiterror tədbirlərinin keçirilməsinə səbəb olan əsas məqam isə Ermənistan hərbçiləri tərəfindən quraşdırılmış minaların partlaması nəticəsində 11 nəfərin şəhid olması olub”, - məqalədə deyilir.
Rəsmi Bakı uzun müddətdir Ermənistandan 10 minə yaxın qoşun kontingentini suveren ərazisindən çıxarmağı tələb edirdi. Bu mövcudluq 2020-ci il razılaşmasına zidd idi. Çərşənbə axşamı başladılan antiterror tədbirləri məhz Qarabağda yerləşən bu qanunsuz hərbi birləşmələrə qarşı yönəlib.
“Güman ki, Cənubi Qafqazın geosiyasi xəritəsi elə gözümüzün qabağında dəyişdi”, - nəşr yazır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...