Londonda vəziyyət nəzarətdən çıxır - İnsanlar kütləvi şəkildə şəhəri tərk edir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
London sakinləri koronavirusun yeni növünün aşkarlanmasından sonra tətbiq edilən sərt karantin qaydalarından qaçmaq üçün şəhəri tərk etməyə çalışıb.
BAKU.WS "Dailymail" nəşrinə istinadla xəbər verir ki, Londondakı Hitrou hava limanında yüzlərlə sərnişin İrlandiyanın Dublin şəhərinə son reysə çatmaq üçün bir-biri ilə yarışıb.
Fransa, Almaniya, İsrail, El Salvador, Bolqarıstan, Hollandiya, İtaliya, Finlandiya, Danimarka, Türkiyə, Fas, Kanada, Belçika, Avstriya, Səudiyyə Ərəbistanı, Küveyt və İrlandiya İngiltərədən bütün uçuşları dayandırıb.
Böyük Britaniya Baş naziri Boris Conson bir sıra ölkələrin İngiltərədən uçuşları dayandırdıqlarını elan etməsindən sonra bu gün təcili iclas keçirəcək.
Bu gecə İngiltərə-Fransa sərhədinin də bağlandığı bildirilir.
Rəsmi şəxslər vəziyyətin nəzarətdən çıxdığını etiraf edir və bildirilir ki, hökumətin bu gün keçiriləcək iclasında təcili qərarlar qəbul edilməlidir.
Qalereya
Oxşar xəbərlər
Aviqdor Liberman: “Beynəlxalq hüquq və İsrailin maraqları baxımından həqiqət Azərbaycanın tərəfindədir”
Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında ardıcıl üç gündür ki, şiddətli döyüşlər davam edir. Hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin hərbçiləri...