İlon Maskın həyatı haqqında sənədli film çəkiləcək
07
mar
2023
10:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış rejissor, Oskar müküfatı laureatı Aleks Qibni "SpaceX", "Tesla" və "Twitter"in baş direktoru İlon Maskın həyatı haqqında sənədli film çəkəcək.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Deadline" yazır.
Rejissor bir müddətdir ki, layihə üzərində işlədiyini qeyd edib, lakin heç bir təfərrüat paylaşmayıb.
"Bir müddətdir ki, bu layihə üzərində işləyirəm. Çox həyəcanlıyam!", - deyə Qibni bildirib.
Mask haqqında sənədli filmin premyerasının nə vaxt keçiriləcəyi məlum deyil.
Oxşar xəbərlər
İlon Mask Roma Papası ilə görüşüb - FOTO
Dünən amerikalı iş adamı, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask Papa Fransisk ilə görüşüb. BAKU.WS xəbər verir ki, milyarder bu barədə özünün tvi...