İlon Maskın Azərbaycana səfəri gözlənilir
Yeniliklərdən dərhal xəbərdar olun
“İlon Maskın gəlişini gözləyirik. Biz bunun üçün son günə qədər çalışacağıq”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri “Azərkosmos”un əməkdaşı Fidan Behbudova 74-cü Beynəlxalq Astronavtika Konqresinin brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, İlon Maskın rəhbəri olduğu “SPACE X” şirkətinin bu konqresə marağı çoxdur. Onlar özləri də burada iştirak üçün can atırlar:
“Bizim bu məsələ ilə bağlı hələ də gözləntimiz var. Son günə qədər İlon Maskın Azərbaycana gəlməsi gözlənilir. Amma dəqiq informasiya vermək hələ ki tezdir”.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov isə RİNN rəhbəri Rəşad Nəbiyevin İlon Maskla görüşünə diqqət çəkib:
“İlon Maskın proqramı çox dolu olur. Buna rəğmən, onun nazirlə görüşü və bir sıra mövzularda aparılan müzakirələrə əsasən deyə bilərəm ki, onların da bu konqresin ölkəmizdə keçirilməsinə marağı var. Son günə qədər İlon Maskın gəlmə ehtimalı var”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...