İlk dəfə bir türk qızı "World Miss Europe"in qalibi olub - FOTO/VİDEO

İlk dəfə bir türk qızı World Miss Europein qalibi olub - FOTO/VİDEO
Video
Siyasət 30

Türkiyəli model Elmas Yılmaz "World Miss Europe" gözəllik yarışmasının qalibi olub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o 21 ölkənin iştirakçıları arasından birinci olub.

1927-ci ildən Livanın paytaxtı Beyrutda təşkil edən yarışmada ilk dəfə türk qızı qalib olub.

İlk dəfə bir türk qızı

21 yaşlı gənc modelə kraliça tacı təqdim edilib.

"Türkiyəni qürurla təmsil etdim. Türk qadınının uğurunu bütün dünyaya göstərdim. Yarışmaya hazırlaşmaq üçün 6 ay gərgin rejimlə çalışdım. Bütün bunları Türkiyəni qürurla təmsil etmək üçün etdim" -deyə, Elmas bildirib.

İlk dəfə bir türk qızı

Məlumat üçün bildirək ki, Elmas Yılmaz artıq 9 ildir profesional olaraq modellik edir.

Bu günə qədər bir çox məşhur modellərlə çalışıb. Anasını itirdikdən sonra kiçik bacısına o baxmalı olub. Elmas bu günə qədər bəzi gözəllik yarışmalarında ilk yerlərin sahibi olub.

İlk dəfə bir türk qızı

Son xəbərlər