İlk dəfə 60 yaşlı anasının vəfatı ilə bağlı paylaşım etdi - FOTO

İlk dəfə 60 yaşlı anasının vəfatı ilə bağlı paylaşım etdi - FOTO
Foto
Siyasət 397

Məşhur aktyor Akın Akınözü ilk dəfə anası Özlem Akınözünün ölümü ilə bağlı paylaşım edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı anasını itirən Akın onun vəfatına görə dərin hüzün və kədər yaşadığını bildirib:

"İnancımı itirdim. Mən qarşılıqsız sevgini itirdim. Günahsızlığımı itirdim. Ümidimi itirdim. Məqsədimdən əl çəkdim. Yolumu itirdim. Mübarizəmdə məğlub oldum. Keçmişimi itirdim. Xəyallarımı itirdim. Həyəcanımı itirdim. Evimi itirdim.

Qəhrəmanımı itirdim. Uşaqlığımı itirdim. Mələyimi itirdim. Mən ilk əsl sevgimi itirdim, çünki mən səni itirdim... Bundan sonra həyat mənim üçün həmişə çirkli və həmişə əskik olacaq...".

Xatırladaq ki, Özlem Akınözü uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. O müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Son xəbərlər