Liu Tszyançao: Çin və Azərbaycan əməkdaşlıq potensialını üzə çıxarmalıdır
Çin və Azərbaycan ikitərəfli əməkdaşlıq potensialını tam şəkildə üzə çıxarmalıdır.
Bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tszyançao bu gün Bakıda keçirilən "Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfransda bildirib.
"Əməkdaşlıqdan gözləntilərimiz hələ də reallığa tam uyğun deyil. Bu kontekstdə iki ölkənin liderləri - Si Cinpin və İlham Əliyev - keçən il münasibətlərimizi strateji əməkdaşlıq səviyyəsinə qaldırdılar. Bu, o deməkdir ki, hökumət, partiya və regionlar konkret layihələr və yol xəritələri hazırlayaraq liderlərin planlarının həyata keçirilməsinə töhfə verməlidir", - o qeyd edib.
Oxşar xəbərlər
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. BAKU.WS xəbər verir ki, bu mərhələdə Cəbrayıl...