Litva nümayəndəsi WUF13-də şəhərlərin inkişafı üçün proqnozlaşdırıla bilən şəraitin yaradılmasına çağırdı
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Litvanın Ətraf Mühit Nazirliyinin nümayəndəsi Povilas Poderskis şəhərsalma siyasətləri ilə bağlı mühüm mesaj verib.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, şəhərlərin dayanıqlı inkişafı üçün sabit və proqnozlaşdırıla bilən investisiya mühiti əsas şərtlərdən biridir.
O həmçinin vurğulayıb ki, mənzil sektoruna yönələn sərmayələr yalnız əlçatanlığın artırılmasına deyil, eyni zamanda iqlim dayanıqlığının gücləndirilməsinə xidmət etməlidir.
Poderskinin fikrincə, bu iki yanaşmanın uzlaşdırılması gələcək şəhərlərin daha balanslı və davamlı inkişafına zəmin yaradır.
Oxşar xəbərlər
İlham Əliyev Keniya Prezidenti ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Keniyaın Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. BAKU.WS xəbər verir ki,...