Əli Həsənovun oğluna yüksək vəzifə verildi

Əli Həsənovun oğluna yüksək vəzifə verildi
Siyasət 4370
Baş nazirin müavini Əli Həsənovun daxili işlər orqanlarında çalışan oğluna yüksək vəzifə verilib."Report"un məlumatına görə, bəzi saytlarda Binəqədi rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Emin Həsənovun işdən çıxarılması barədə məlumatlar yayılıb.Bununla bağlı "Report"un sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, Binəqədi rayon Polis idarəsinin rəis müavini, polis polkovniki Emin Həsənov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib. BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov yeni polis rəisləri təyin etdi

Ramil Usubov yeni polis rəisləri təyin etdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.“Report”un əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsi...

3303 Hadisə 15:44 17 yanvar 2019

Son xəbərlər