İlham Əliyevin tələbi: “DQR” nümayəndəsinin danışıqlarda iştirakına imkan verilmədi
Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsi Vyanadakı görüşdə iştirak etmirdi, çünki bunu Azərbaycan istəmirdi. Virtualaz.org "Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində hakim Respublikaçılar partiyasından Ermənistan parlamentinin deputatı Artak Davtyan deyib.
Deputat bildirib ki, erməni tərəfi Qarabağın danışıqlarda tərəflərdən biri olmasını istəyir. Lakin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş şərtlər üzündən separatçıların nümayəndəsi görüşdə iştirak etməyib.
Davtyanın sözlərinə görə, Vyanadakı görüşün baş tutması üçün Azərbaycanın mövqeyinin diqqətə alınması zəruri idi.
"Bakının mövqeyi nəzərə alınmasaydı, görüş baş tutmayacaqdı və bu əvvəlcədən bildirilmişdi”, - Davtyan əlavə edib.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Vyanada Avropa İttifaqının ali nümayəndəsi ilə görüşdü
Mayın 16-da Avstriya Respublikasına işgüzar səfərə gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizli...