İlham Əliyev yol tikintisinə 11 milyon manat ayırdı

İlham Əliyev yol tikintisinə 11 milyon manat ayırdı
Siyasət 907
Prezident İlham Əliyev Zaqatala rayonunun Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncamla on yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala–Aşağı Tala–Üçüncü Tala–Dağlı–Muğanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.BAKU.WS

Oxşar xəbərlər

Ucarda yol tikintisinə 9,7 milyon manat ayrılıb

Ucarda yol tikintisinə 9,7 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ucar rayonunun Ucar–Alpout–Lək–Qazyan–Qarabörk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Sərəncamda qey...

529 Siyasət 18:57 26 oktyabr 2018

Son xəbərlər