İlham Əliyevin tapşırığına uyğun olaraq FHN-in amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə kömək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya Dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi Türkiyəyə yola salınıb.
Amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri başa çatıb.
Eyni zamanda, FHN-in müvafiq yanğın-xilasetmə qüvvələri də hazırlıq vəziyyətinə gətirilib.
Qeyd edək ki, Türkiyə Respublikasının müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə kömək məqsədilə göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin tam hazır olduğu bildirilib. Lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
