İlham Əliyevdən şahzadə Filipin ölümü ilə bağlı II Elizabetə və Boris Consona BAŞSAĞLIĞI

İlham Əliyevdən şahzadə Filipin ölümü ilə bağlı II Elizabetə və Boris Consona BAŞSAĞLIĞI
Siyasət 135

Azərbaycan prezidenti İlham Əliyev kraliça II Elizabetə və baş nazir Boris Consona başsağlığı məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, başsağlığında deyilir:

"Həyat yoldaşınız – Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Şərəfli və ləyaqətli bir ömür yolu keçmiş Şahzadə Filip öz doğma xalqına sədaqətlə xidmət etmiş, həmişə Sizin yanınızda olmuş, ölkənizin rifahı naminə məsuliyyətli fəaliyyətinizdə Sizə dəstək vermişdir.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm."

Oxşar xəbərlər

Son xəbərlər