İlham Əliyev: "Teknofest" festivalı Türkiyə və Azərbaycan birliyinin növbəti təzahürüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ötən 30 il ərzində Türkiyənin dəstəyini, qardaşlıq dəstəyini hər zaman hiss edib.
BAKU.WS xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycan nə qədər inamla birlikdə addımlasa, sülh bir o qədər möhkəm olacaq.
"Bu gün də hiss edirik. Bu gün Türkiyə və Azərbaycan yenə də bir yerdədir. Biz iki həftə əvvəl Türkiyənin gözəl yerlərindən olan Rizədə əziz qardaşımla bərabər idik. İki həftədən sonra Bakıda yenə də bərabərik.
"Teknofest" festivalı Türkiyə və Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz yaxşı günlərdə də, çətin günlərdə də, hər zaman bir-birimizin yanındayıq. Elə etməliyik və elə edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun".
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...