İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 10-da Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində şəhərdəki tarixi abidələrin bərpasından danışıb.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı bu gün Şirinsu hamamının əsaslı təmirdən sonra açıldığını bildirib. Həmçinin Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işlərinin yekunlaşmaq üzrə olduğunu deyən Prezident qeyd edib:
“Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə, formada bərpa edildi, yenidən hazırlandı. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur, bu il hazır olacaq”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmü...