İlham Əliyev İrəvanda qələbə qazanan türkiyəli idmançıları Qarabağa dəvət edib
28
apr
2023
19:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"İndi mən sizi növbəti dəfə Qarabağa dəvət edirəm. Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun".
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.
"Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. Bu, xalqlarımızın qəlbində olan böyük sevginin təzahürüdür", - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev türkiyəli idmançıları təltif etdi
Cansu Bektaş, Qamze Altun və Nuray Güngör "Tərəqqi" medalı ilə təltif edilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam...