İlham Əliyev: “Qoşulmama Hərəkatı sədrinin BMT TŞ-də daimi üzv olması ədalətli yanaşma olacaq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılması vacibdir. Azərbaycan Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış edib”.
BAKU.WS xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Konqo səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Maduka...