İlham Əliyev iranlı həmkarını Ermənistanın son təxribatları barədə məlumatlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Seyid İbrahim Rəisini Ermənistanın son təxribatları barədə məlumatlandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə oktyabrın 13-də Azərbaycan və İran prezidentləri arasında Astanada keçirilən görüş zamanı qeyd olunub.
Azərbaycanın müstəqil xarici siyasət həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev bu il sentyabrın 12-13-də Ermənistanın regional vəziyyəti gərginləşdirmək istiqamətində təxribatlar törətdiyini diqqətə çatdırıb.
Hazırda Cənubi Qafqazda sülh quruculuğu proseslərinin getdiyini deyən dövlət başçısı bildirib ki, Azərbaycan irəli sürdüyü 5 prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edib.
Prezident İlham Əliyev Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə, bu istiqamətdə irəliləyişə nail olmağın mümkünlüyünə inandığını qeyd edib.
Oxşar xəbərlər
Astanada Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - YENİLƏNİB
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Astanada İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. BAKU.WS...