İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidentini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerdeni qəbul edib.
BAKU.WS xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında 30 illik uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.
Görüşdə gələcək layihələr və Dünya Bankının Azərbaycan hökumətinə dəstəyi ilə bağlı məsələlər müzakirə olunub, strateji sahələrdə, o cümlədən enerji, kommunikasiya sahələrində və Qarabağın bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...