İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir
Təbii ki, biz nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur.
Bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunun işlək vəziyyətdə olduğunu vurğulayan dövlət başçısı qeyd edib:
“Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil.
Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev and içib, mərasimdə nitq söyləyib - YENİLƏNİB-4 - VİDEO
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində birinci xanım Mehriban Əliyev...